Dünyada tanınmış "Liqui Moly" brendi mühərrik yağ sistemi yuyucusu olan - Engine Flush məhsulunu təqdim edib.
FED.az xəbər verir ki, artıq 0.3L qablaşdırmada olan Engine Flush məhsulu artıq müştərilərə 16 AZN-ə təklif olunur.
Azərbaycanda "Liqui Moly Express" servis və satış mərkəzinin rəhbəri Arif Məmmədovun sözlərinə görə, Engine Flush yağ sistemi yuyucusu adi, tıxacsız sürüş rejimində, aşağı-orta dövrlərdə istismar olunan və standart yağdəyişmə intervallarına əməl olunan mühərriklərin profilaktik məqsədlə yuyulması üçün istifadə olunur.
Ekspert A.Məmmədov bildirir ki, məhsulun istifadə qaydasını açıqlayıb:
- Yağdayişmə öncəsi isti mühərrikin yağ sisteminə əlavə edin (5-6 litr yağa 300 ml qatqı hesabı ilə);
- Mühərriki işə salıb, avtomobili sürmədən 10 dəqiqə ərzində işlədin. (Mühərrikə yeni yağ əlavə edənədək avtomobili sürmək olmaz!);
- Mühərriki söndürüb köhnə yağı boşaldın və yağ filtrini dəyişin;
- Mühərrikə yeni, yüksək keyfiyyətli yağ əlavə edin;