Tovuzda yun istehsalı ilə məşğul olan sahibkarlar çətinliklə üzləşiblər. Onlar məhsulu çox ucuz qiymətə satdıqlarından gileylənirlər. Deyirlər ki, yunun bir kiloqramını 20-50 qəpik arasında sata bilirlər. Bu isə onlara sərf etmir.
Eləcə də bax: Azərbaycan Avropaya qoyun yunu satacaq – SAHİBKARLAR ÜÇÜN YENİLİK
FED.az xəbər verir ki, mövcud vəziyyət ucbatından Tovuzda tonlarla yun həyətlərdə qalıb.
Təsərrüfat sahibləri deyirlər ki, yun istehsalı üçün sərf etdikləri vəsaiti geri qaytara bilmirlər. Qoyun qırxımı may ayında həyata keçirilir. Bir xırdabuynuzlu heyvandan təxminən iki-üç kiloqramadək yun götürmək olur.
Təsərrüfat sahibləri yun qəbulu məntəqələrinin yaradılmasını istəyirlər. Hesab edirlər ki, belə məntəqələr fəaliyyətə başlasa, bu sahəyə maraq artar.