Son dövrlərdə kənd yerlərində kənd təsərrüfatı heyvanlarının yırtıcılar tərəfindən tələf olunması halları artıb. Fermerlərin bu cür bədbəxt hadisələrdən sığortalanma imkanları varmı?
Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim olunacaq
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bildirib ki, dövlət dəstəyi mexanizmi çərçivəsində digər risklərlə yanaşı kənd təsərrüfatı heyvanlarını da yırtıcıların hücumundan qorumaq mümkündür.
Bundan başqa, kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər və həşərat sancmalarından sığortalanır.
“Kənd təsərrüfatı heyvanları yırtıcılar tərəfindən tələf edilirsə və məcburi kəsimə gedirsə Aqrar Sığorta Fondu dəyən ziyanın qarşılığını ödəyir. Bu sığortanın qarşılığı cüzidir. Çünki dövlət dəstəyi ilə təyin olunur. Fermerə dəyən ziyanın yarısını dövlət ödəyir. Məsələn, fermerə aid bir qoyunun qiyməti 300 manatdır onun illik sığorta xərci 7 manatdır. Əgər qoyun yırtıcı heyvanın hücumu nəticəsində tələf olursa, dövlət onun 10 faizini çıxmaqla 270 manat ödəyir. 1000 manatlıq inəyin sığorta xərci cəmi 24 manata başa gəlir. Əgər inək tələf olursa onun 900 manat ödənir”, - deyə fondun nümayəndəsi əlavə edib.










