2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 150,6 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 6,8 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycanın buğda idxalında Rusiyanın payı - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $51 milyon 953,3 min (artım 9,2 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $23 milyon 657 min dəyərində (artım 1,7 dəfə) 44,302 min ton şəkər xammalı və şəkər (artım 34,5%), $43 milyon 914,3 min dəyərində (artım 2,1 dəfə) 28,747 min ton bitki yağı (artım 1,8 dəfə), $8 milyon 378,3 min dəyərində (artım 15%) 1,745 min ton çay (azalma 9,1%), $14 milyon 723,3 min dəyərində (artım 60%) 2,726 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 40,7%) idxal edilib.
Ötən il respublikaya $3 milyon 427,8 min dəyərində (azalma 27,8%) 759,3 min ton iribuynuzlu heyvan əti (azalma 44%), $7 milyon 488,4 min dəyərində (artım 1,8 dəfə) 5,635 min ton quş əti və quş əti məhsulları (artım 48,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $25 milyon 549,4 min dəyərində (artım 18,8%) 26,229 min ton meyvə (artım 15,5%), $4 milyon 575,7 min dəyərində (azalma 28,3%) 8,089 min ton tərəvəz (azalma 39,2%), $12 milyon 329,5 min dəyərində (artım 18,4%) 46,309 min ton kartof (artım 10,9%) idxal edilib.
Yanvar-fevralda ölkədən $27 milyon 327 min dəyərində (artım 1,6 dəfə) 23,254 min ton tərəvəz (artım 40,5%), $64 milyon 27,1 min dəyərində (artım 21,8%) 50,496 min ton meyvə (artım 2,4%), $368 min dəyərində (artım 38,2%) 748,4 min ton kartof (artım 5,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $4 milyon 138 min dəyərində (azalma 15,1%) 6,305 min ton şəkər (azalma 35,3%), $2 milyon 53,3 min dəyərində (azalma 2,5%) 1,265 min ton bitki yağı (azalma 31,2%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $1 milyon 375,7 min dəyərində (azalma 40,2%) 1,191 min ton meyvə və tərəvəz şirələri (azalma 39,7%), $356,8 min dəyərində (azalma 10%) 18,6 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 50,3%), $964 min dəyərində (azalma 9,8%) 864,9 min ton meyvə və tərəvəz konservləri (azalma 15,8%), $3 milyon 944,9 min dəyərində (artım 13,7 dəfə) 1,126 min ton tütün (artım 6,8 dəfə) ixrac edib. (İnrefaks-Azərbaycan)