Bu ilin yanvar ayında Azərbaycan xaricdən 32,475 mln. ABŞ dolları (55,208 mln. manat) dəyərində 93 704,53 ton buğda idxal edib.
Eləcə də bax: Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı - Əvəz Etmək İstəyir
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə buğdanın idxalı həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə artıb.
Qeyd edək ki, hesabat ayında buğdanın 50,1%-i Qazaxıstandan, 49,9%-i isə Rusiyadan idxal olunub. Ötən ilin eyni ayı ilə müqayisədə Rusiyanın Azərbaycanın buğda idxalı bazırındakı payı kəskin dərəcədə – 37,1 faiz bəndi azalıb, Qazaxıstanın isə payı isə müvafiq olaraq 37 faiz bəndi artıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ümumilikdə 331,946 mln. dollarlıq (564,308 mln. manat) 1 148 100,78 ton buğda idxal edib. Sözügedən həcmin 95,3%-i Rusiyadan gəlib. (Apa)