Masallının Tüklə kəndində fəaliyyət göstərən “Xəzər” MMC heyvandarlıqla da məşğul olmağı nəzərdə tutur.
Eləcə də bax: Bir hektardan 2 ton yığılır – KİLOQRAMI 3 MANATDIR
FED.az xəbər verir ki, bunu şirkətin rəhbəri Seyran Nəcəfov bildirib.
“Yaşadığım Tüklə kəndində “Xəzər” MMC-ni yaratmışam. 15 nəfərin çalışdığı təsərrüfatımız 40 hektar sahəni əhatə edir. Bunun 3 hektarı çay plantasiyasıdır. Qalanında çəltik, taxıl əkilir. Gələn ildən bu məhsulların sahəsini daha da artıracağıq. Gələcəkdə heyvandarlıqla da məşğul olmaq arzusundayam. Rayonda fəaliyyətimiz üçün gözəl şərait yaradılıb”,- fermer deyib.