Dünya fındıq bazarında baş verən proseslərlə əlaqədar xarici bazara çıxarılan Azərbaycan fındığının da qiymətində bahalaşma qeydə alınıb.
Özbəkistan və Azərbaycan fındıq yetişdirmək barədə - RAZILIĞA GƏLDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
Fındığın qiymətinin, əsasən, dünya bazarına uyğunlaşdırıldığını söyləyən İ.Orucovun sözlərinə görə, ildə bir dəfə keçirilən Beynəlxalq Fındıq Konqresi quru meyvələrin illik proqnozunu verdikdən sonra fındıq istehsal edən bölgələrdə havaların kəskin dəyişməsi, yağmurlu keçməsi məhsuldarlığı aşağı salıb: “Dünyada il ərzində 1 milyon 200 min ton qabıqlı fındıq istehsal edilir. Yağıntıların çox olması səbəbindən məhsulun keyfiyyətinin aşağı düşməsi avtomatik olaraq tələb-təklif balansını da pozur. Ona görə də ötən illə müqayisədə bu il dünya bazarında fındığın təxminən 10-15 faiz bahalaşması müşahidə edilir və yaxın zamanlarda qiymətlərdə bir qədər də artım olacağı istisna deyil. Qiymət siyasətinə təsir edən digər amilləri də nəzərə almaq lazımdır. Fındığa rəqib olan quru meyvələrin qiymətində artım yoxdur. Misal üçün, qoz və badamın qiymətlərində kəskin ucuzlaşma müşahidə edilir. Əslində, rəqib məhsulların qiymətləri aşağı olmasaydı, fındığın qiymətində daha çox bahalaşma ola bilərdi”.
İ.Orucov bunu da əlavə edib ki, Azərbaycanın şimal bölgəsində artıq fındıq yığımı başa çatıb, şimal-qərb bölgəsində isə bir həftəyə yekunlaşacağı proqnozlaşdırılır: “Bu il müəyyən ərazilərdə nisbətən az, bəzi bölgələrdə isə təxminən keçənilki səviyyədə məhsuldarlıq gözlənilir”. (Vergilər.az)