Özbəkistanla Azərbaycan arasında fındıq yetişdirilməsi və emalı məsələləri müzakirə edilib
Azərbaycan 6 ayda 60,6 milyon dollarlıq fındıq - İXRAC EDİB
FED.az xəbər verir ki, bu istiqamətdə Özbəkistanın kənd təsərrüfatı naziri Aziz Voitov və Azərbaycanın “Aqrarko” şirkətinin direktoru Cavid Kazımov arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tərəflər, həmçinin Özbəkistanda fındıq yetişdirilməsi və emalı məsələlərini müzakirə ediblər.
“Görüşdə fındıq yetişdirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması ilə bağlı fikir mübadiləsi apardıq. Görüşün məqsədi fındığın yetişdirilməsi ilə yanaşı, onun emalı və ümumilikdə bağçılığın inkişafı təcrübəsi ilə tanışlıqla bağlı olub. Həmçinin kənd təsərrüfatı sahəsində Özbəkistan-Azərbaycan əlaqələrinin təşviqi və inkişafı məsələləri də müzakirə olunub", - məlumatda deyilir. (Azərtac)