Son illər dünya bazarlarında xurma məmulatlarına ciddi tələbat yarandığından Balakəndə dövlət investisiyası hesabına müasir xurmaqurutma müəssisəsi fəaliyyətə başlayıb.
Şəmkir fermerləri indi də xurmadan qazanır - "MƏHSULU ELƏ YERİNDƏCƏ, BAĞDA SATIRLAR"- FOTOLAR
FED.az xəbər verir ki, “Balxurma” müəssisəsinin baş satış meneceri Leyla Axundovanın sözlərinə görə, ötən il müəssisədə 500 tona yaxın xurma məmulatları hazırlanaraq dünyanın 6 ölkəsinə ixrac edilib.
Bu il isə istehsalın min tona çatdırılaraq dünyanın 9 ölkəsində bazarlara çıxarılması nəzərdə tutulur. Leyla Axundova bildirib ki, dünyada Azərbaycan xurması tanındıqca tələbat da çoxalır, ixrac coğrafiyası da ildən-ilə artır. Hazırda daha iki ölkə ilə bu istiqamətdə danışıqlar gedir. Xüsusən Çin kimi bir ölkə bu məhsulun yerli bazarlara çıxarılmasında maraqlıdır.
Hazırda müəssisədə 300 nəfər işlə təmin olunub.
Baş satış meneceri bildirir ki, yaxın illərdə müəssisənin istehsal gücünü artırmaq üçün yeni zavodun tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, Balakən rayon Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, hazırda rayonda 7500 hektara yaxın barverən xurma bağları mövcuddur. Xarici bazarlarda bu məhsula tələbatın artmasını nəzərə alan iri fermer təsərrüfatları sahələrin hektarını hər il artırırlar.