Türkiyədə baş verən yanğınlar təbiətlə yanaşı, kənd təsərrüfatına da ciddi zərər vurub.
Türkiyədə yanğın elektrik stansiyasına çatdı - PARTLAYIŞLAR BAŞLAYIB - VİDEO
Türk Arıçılar Birliyinin rəhbəri Ziya Şahin bildirib ki, yanğınlar nəticəsində arıçılıq sektoruna ciddi zərbə dəyib.
Onun sözlərinə görə, xüsusilə Muğlada hər il 20-25 min ton bal istehsal edilirdi. Amma indi həmin məhsulu gözləmək yersizdir: «Bu il bu ərazidə bal istehsal edilməyəcəyini deyə bilərik».
Arıçılar birliyinin rəhbəri deyib ki, Muğlada 3500 arı ailəsi vardı, onun 1000 və ya 3000-i məhv olub.
Bundan başqa, avqustun ortalarında bu əraziyə həmişə daha 3500 arı ailəsi gətirilirdi: «Yeganə yaxşı hal odur ki, yanğın bu arıların gətirilməsindən əvvəl baş verdi, yoxsa onlar da məhv olacaqdı».
Arıçıların rəhbəri vurğulayıb ki, Muğlada baş verən yanğınlar nəticəsində bal istehsalı üçün istifadə edilən şam ağaclarının 50%-i məhv edib:
«Yeni əkilmiş bir şam ağacının inkişaf etməsi 30 il çəkir. Türk arıçılarının qarşıdakı 25-30 illik gələcəyi qaraldı».