Bir neçə gün öncə ən böyük fındıq alıcısı Ferrero şirkətinin, fındıq alışlarını qəfildən dayandırması Türkiyədə onsuz da düşüşdə olan fındıq qiymətlərinin biraz da zəifləməsinə səbəb olub.
Eləcə də bax: "Bağların sahəsi 74 min hektardan çoxdur, məhsulunun ixracı 130 milyon dolları keçib"
FED.az Banker.az-a istinadən xəbər verir ki, Türkiyə Mediasının yaydığı məlumata görə, fındıq bazarı çətin günlər yaşayır. Türkiyədə istehsal olunan fındıqların 80 faizinə sahib olan Ferrero şirkəti son 3-4 gündə fındıq almağı dayandırıb. Alımların qəfil azalması səbəbindən sərbəst bazarda aşağı olan fındıq qiymətləri daha da ucuzlaşdı.
Bildirilib ki, qısa müddətdə qiymət artımı gözlənilmir.