Türkiyə Məhsul Ofisi (TMO) 2022-ci il dövrü üçün çəltik alış qiymətlərini və siyasətlərini açıqlayıb.
Eləcə də bax: Yüksək gübrə qiymətləri barədə - XƏBƏRDARLIQ EDİLDİ
FED.az xəbər verir ki, TMO-dan edilən şərhə görə, 55 məhsuldar Baldo qrupu çəltik üçün 1 ton üçün alış qiyməti 15 min TL (822 dollar və ya 1400 manat), 58 məhsuldarlıq Cammeo qrupu çəltik üçün 1 ton başına 14 min 500 TL (794 dollar və ya 1350 manat) qiymət açıqlandı.
58 məhsuldarlıq Özgür qrupu çəltik üçün tonu 14 min TL, 60 məhsuldarlıq Osmancık qrupu çəltik üçün tonu 13 min 500 TL müəyyən edilib.
Ən aşağı qiymətə çəltik - 60 məhsuldar Ronaldo-Vasco qrupu çəltik üçün tonu 13 min TL (712 dollar və ya 1210 manat) və 65 məhsuldarlıq Luna qrupu çəltik üçün tonu 12 min 500 TL (685 dollar və ya 1165 manat) alış qiyməti açıqlanıb.