Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) gübrələrin yüksək qiymətlərinin ərzaq təhlükəsizliyi üçün risk olduğunu bildirib.
Eləcə də bax: Gübrə idxalı 2 dəfədən çox - AZALIB
FED.az xəbər verir ki, S&P-nin yaydığı açıqlamada, gübrə qiymətlərinin Covid-19 epidemiyasından sonra tədarükün kəsilməsi, Rusiya-Ukrayna müharibəsi və Çinin ixrac məhdudiyyətləri səbəbiylə tarixi və dayanıqsız səviyyələrə çatdığı bildirilib.
Son iki ildə fosfat, karbamid və kalium qiymətlərinin müvafiq olaraq təxminən 190 faiz, 170 faiz və 280 faiz artdığı qeyd edilərək, gübrə qiymətlərinin yüksək olmasının ərzaq təhlükəsizliyi üçün risk olduğu barədə xəbərdarlıq edilib.
Açıqlamada deyilir ki, "fırtınalı" bazar həm də dünyanın ən böyük gübrə ixracatçısı olan Rusiyadan asılılığın azaldılması zərurətini nümayiş etdirir. (Marja)