Təsərrüfat sahibləri bağdan üzümü yığıb elə yol kənarındaca satış edir.
"Hektara 15-20 ton məhsul götürürük - Daxili bazarda qiyməti 70 qəpikdir"
FED.az xəbər verir ki, qiymətlər də üzümün növünə və görkəminə görə dəyişir.
Təsərrüfat sahibləri üzümün topdan şəkildə kiloqramını 80,90 qəpik səyyar isə bir kiloqramını 1-1.50 qəpikdən satırlar.
Bu satış da təsərrüfat sahiblərini qane etmir.
Əksər üzüm bağı sahibləri isə məhsullarını alverçilərə satır.
Hələlik satış məntəqələrində süfrə üzümləri satılır. Texniki növ üzümlər yetişdikdə qiymətlərin ucuzlaşması gözlənilir.