Yeni yaradılmış Yevlax Pilot Aqroparkda ilk dəfə olaraq meyvə bağları, ting sahələri salınıb və hazırda calaqaltı işləri görülür.
Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) aqroparka təşkil etdiyi mediaturda məlumat verilib.
Artıq aqroparkın ilk rezidenti olan «İSFA» MMC aqroparkda meyvə bağlarının və ting sahələrinin salınmasına başlayıb. Əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı təşkil edəcək.
Avropada oturublar, dünyanın hər yerində torpaqları var - 2,7 MİLYON HEKTAR
Artıq 20 hekatarlıq parselin 4 hektarında tezyetişən gilas, 2 hektarında ərik, 6 hektarında nektarin və şaftalı, 1 hektarında isə alça ağacları əkilib. 5 hektar ərazidə isə 500 min tingin yetişdirilməsi üçün 500 min calaqaltı əkilib və tam avtomatik suvarma sistemi quraşdırılıb. «İSFA» MMC-nin aqroparkda yerləşən təsərrüfatında 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Qeyd edək ki, Yevlaxdakı bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk pilot aqroparkdır.
Yevlax Pilot Aqroparkda 500 daimi, 1000-dən çox mövsümü iş yerinin yaradılması nəzərdə tutulur.