İsveçrənin iri kənd təsərrüfat şirkətlərinə məxsus olan xaricdəki torpaq sahələrinin həcmi İsveçrənin özündəki əkin sahələrindən 6 dəfə artıqdır.
Qeyri-kommersiya təşkilatı «Public Eye» («İctimaiyyətin gözü») tərəfindən aparılan araşdırma göstərib ki, İsveçrədə qeydiyyatdan keçmiş treyder şirkətləri və onların törəmə müəssisələri şirkətləri bütün dünyada ümumi sahəsi 2,7 milyon hektar olan 550 plantasiyaya malikdirlər. Söhbət 14 iri şirkət və onların törəmə müəssisələrindən gedir.
Bu şirkətlər özlərinin Cənevrə və Suqa şəhərlərindəki ticarət nümayəndəlikləri vasitəsilə şəkər, soya və palma yağı kimi xammal məhsulları alıb satırlar. Onların arasında çoxsaylı iri oyunçular var, məsələn Cargill, LDC və ADM şirkətləri. Bu şirkətlərə məxsus olan kənd təsərrüfatı sahələri İsveçrənin özündəki əkin sahələrini 6 dəfə üstələyir.
Araşdırma göstərib ki, sözügedən şirkətlərə məxsus olan əkin sahələrinin yarıdan çoxu şəkər qamışı, 4-də biri isə palma yağı istehsalı üçün istifadə edilir. Bu ərazilərdə əkilən başqa bitkilərə sitrus meyvələri, kauçuk, kofe, banan və düyü aiddir. Əvəzində bu torpaqlarda pambıq əkini ilə bağlı məlumatlar yoxdur.
İsveçrə treyderlərinə məxsus olan əkin sahələri bu ölkələrdə yerləşir.
Treyder şirkətləri kənd təsərrüfat torpaqlarına fərqli formalarda nəzarət edirdər. Bura istifadə hüququ, uzunmüddətli icarə və ya benefisiar sahiblik – yəni müxtəlif ölkələrdə qanunların icazə verdiyi və daha çox gəlirlilik vəd edən formalarda. «Public Eye»nin məlumatlarına görə, bu plantasiyalarda becərilən məhsulların seçimi risklərin azaldılması ilə bağlıdır.
Məsələn, əkinlərin əsas hissəsini əhatə edən şəkər qamışı, yağlı palma və soya «çevik bitkilərə» aiddir. Onlar müxtəlif sahələrdə istifadə edilir: qida məhsullarının istehsalında, heyvanlar üçün yem istehsalında və bioyanacaq istehsalında.
Bu «çoxməqsədli» bitkilər, uzunmüddətli perspektivdə digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə, daha etibarlı gəlir vəd edirlər. Bu da treyder şirkətlərinə bazar trendlərinə və qiymətlərin dəyişməsinə daha çevik reaksiya verməyə imkan verir.
Şirkətlərin şəkər qamışı, yağlı palma və soya sahəsinə yatırım etməsinin daha bir səbəbi odur ki, bu bitkilərin istehsalı əmək tutumlu deyil, yəni burada böyük işçi qüvvəsi tələb olunmur.
Məsələn, Braziliyanın regionlarında şəkər qamışının becərilməsi prosesi 95% mexanikləşdirilib. Və bu bitkinin becərilməsində, məsələn kakaoya nisbətən daha az işçi əməyi tələb olunur.
Sözügedən şirkətlər arasında ən çox torpaq sahəsi «Raizen»ə məxsusdur - 870 min hektar. İkinci yeri 401 min hektar sahə ilə «Olam» tutur. «COFCO» şirkətinin 290 min hektar, «Bunge» şirkətinin 234 min hektar torpaq və əkin sahəsi var.
Aqrar-xammal məhsulları ilə ticarət edən şirkətlərin torpaqlarının həcmi (hektarla)
Torpaqların məhsullar üzrə bölgüsü
Şəkər qamışı - 1 403 000 ha
Yağlı palma - 604 904 ha
Soya və taxıl - 352 000 ha
Sitrus bitkiləri - 190 000 ha
Kauçuk - 112 900 ha
Qəhvə - 25 791 ha
Banan - 19 487 ha
Düyü - 10 000 ha