Stavropol diyarından ən böyük taxıl tədarükləri Azərbaycanın və Belarusun payına düşür.
Azərbaycan 9 ayda Rusiyadan buğda idxalını - 10% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rossotrudniçestvo”) mətbuat xidmətində bildiriblər.
2023-cü ilin əvvəlindən bəri “Rosselxoznadzor”un Şimali Qafqaz regionlararası idarəsi tərəfindən Stavropol diyarından 823,729 min ton taxıl məhsullarının ixracına nəzarət olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə tədarük həcmi 36 faiz artıb (2022-ci ildə 529,8 min ton taxıl məhsulları yüklənmişdi).
Bildirilir ki, ən çox taxıl məhsulları Azərbaycan (467,296 min ton buğda, qarğıdalı, arpa, yulaf, darı və noxud) və Belarus (155,701 min ton raps, kətan, xardal, soya və günəbaxan) kimi ölkələrə göndərilib. Stavropol taxılı cəmi 14 ölkəyə, o cümlədən Gürcüstan, İraq, İran, Türkiyə, Pakistan, Əfqanıstan, Özbəkistan, Monqolustan, Qırğızıstan, Tacikistan və İsrailə göndərilir. (Azərtac)