Heyvandarlıqda azalma müşahidə olunur.
Azərbaycanda minik avtomobili istehsalı 30% azalıb - RƏQƏMLƏR
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə 2 milyon 438,8 min baş iribuynuzlu mal-qara, ondan 1 milyon 218 min baş inək və camış, həmçinin 6 milyon 763,7 min baş qoyun və keçi mövcud olub. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalıb.
Belə ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 2 milyon 489,3 min baş iribuynuzlu mal-qara, 1 milyon 235,3 min baş inək və camış, 7 milyon 5,7 min baş qoyun və keçi qeydə alınmışdı. Müqayisə göstərir ki, bir il ərzində iribuynuzlu mal-qaranın sayı 50,5 min baş, inək və camışların sayı 17,3 min baş, qoyun və keçilərin sayı isə təxminən 242 min baş azalıb.
Bununla belə, iribuynuzlu mal-qaranın strukturunda ciddi dəyişiklik baş verməyib: 2025-ci ildə onların 49,9 faizini, 2024-cü ildə isə 49,6 faizini inək və camışlar təşkil edib.
2021-ci illə müqayisədə də azalma tendensiyası aydın görünür. Həmin vaxt ölkədə 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara, 1 milyon 289,2 min baş inək və camış, 8 milyon 197,3 min baş qoyun və keçi mövcud idi. Beləliklə, son dörd ildə iribuynuzlu mal-qaranın sayı təxminən 227,8 min baş, qoyun və keçilərin sayı isə 1 milyon 433,6 min baş azalıb.