2025-ci ilin yanvar-sentyabr aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 450,4 milyon manatlıq məhsul istehsal olunub.
Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı - 20-30 DƏFƏ ARTIB
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 111,9 milyon manat və ya 19,9 faiz azdır (ötən il bu rəqəm 562,3 milyon manat idi).
Belə ki, maşın və avadanlıqların istehsalı 6,5 faiz artıb, halbuki 2024-cü ilin eyni dövründə bu istiqamətdə 40,1 faiz azalma qeydə alınmışdı. Əksinə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2025-ci ilin yanvar-sentyabr aylarında 24,9 faiz azalıb, halbuki 2024-cü ildə bu məhsul qrupunda 53,4 faiz artım qeydə alınmışdı. Beləliklə, avtomobil istehsalı sahəsində 2025-ci ildə nəzərəçarpan geriləmə baş verib.
Bu ilin ilk doqquz ayında 2 546 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 077 ədəd azdır (2024-cü ildə – 3 623 ədəd). Bu isə təxminən 29,7 faiz azalma deməkdir.
Sektorda bəzi məhsul növləri üzrə artım da müşahidə olunur. Məsələn, nasosların istehsalı 74,2 faiz artıb, 2024-cü ildə isə traktor istehsalında 14,8 faiz azalma qeydə alınmışdı.