Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir.
Pomidor ixracı Azərbaycana 192,5 milyon dollar valyuta gətirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: “Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.
“Əlbəttə ki, bizim də Azərbaycana təklif edəcəyimiz çox məhsullar var”, – deyə A.Vuçiç əlavə edib.
Xatırladaq ki, Bakının Xəzər rayonunun Zirə kəndi ənənəvi olaraq tərəvəzçilik və bostançılıq ilə məşhurdur. İstixana təsərrüfatlarının geniş yayıldığı Zirədə pomidor-xiyar, badımcan, bibər, göyərti istehsal olunur. Zirədən əsas ixrac məhsulları da pomidor-xiyar və bibərdir. Xüsusilə pomidor Zirə istixanalarının əsas məhsulu sayılır.










