Azərbaycanın meyvələri ilə tanınan şimal bölgəsində meyvə bağlarının aqrra sığorta şərtləri açıqlanıb.
Azərbaycanda zərər çəkmiş sığortalı fermerlərə - 6 MİLYON MANAT ÖDƏNILƏCƏK
FED.az xəbər verir ki, bu rəqəmlər Aqrar Sığorta Fondu və Qusar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonda keçirilən fermerlərlə görüşdə açıqlanıb.
Tədbirdə Quba-Xaçmaz regionu üzrə aqrar sığorta xidmətləri və müxtəlif məhsulların sığortalanması imkanları üzrə təqdimat keçirilib.
Bildirilib ki, Qusar rayonunun da daxil olduğu Quba-Xaçmaz regionu ölkədə sığorta haqqı nisbətən aşağı olan bölgələrdəndir. Burada 1000 manatlıq arpa məhsulunun sığortalanması fermerə cəmi 8 manata, buğda sahəsinin sığortası isə 7 manata başa gəlir.
Bildirilib ki, bu regionda 1000 manatlıq fındıq sahəsini baza zərfi və donvurmadan sığorta etmək 12 manata, qoz məhsulunun bu risklərdən sığortası isə 20 manata başa gəlir.
Bundan başqa 1000 manatlıq şaftalı məhsulunu bazar zərfi, donvurmadan və doludan keyfiyyət itkisindən sığorta etmək ümumilikdə 29 manata, armud məhsulunu eyni risklərdən sığorta etmək isə 38 manata başa gəlir. Alma bağı üçün bu rəqəm 32 manat, gilas bağı üçün isə 35 manat təşkil edir.
Qeyd edək ki, Quba-Xaçmaz, eləcə də digər regionlarda fəaliyyət göstərən fermerlər öz meyvə bağlarını sığorta etmək üçün tələb olunan sığorta haqlarını Aqrar Sığorta Fondunun internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə dəqiq hesablaya bilərlər.