Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Altay Ərazisi və Altay Respublikası üzrə İdarəsi tərəfindən Azərbaycana ixrac üçün nəzərdə tutulan 60 ton arpa yarması saxlanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Xidmətin Altay üzrə İdarəsinin mütəxəssisləri "Sibiryak" MMC tərəfindən məhsulun "Qida təhlükəsizliyi haqqında" texniki reqlamentinin tələblərinə uyğunluğunun təsdiqlənməsi prosedurunun pozulması aşkarlanıb.
Arpa yarmasının seriyalı istehsalı üçün uyğunluq bəyannaməsi MMC tərəfindən məhsul nümunələrinin yalnız akkreditə olunmuş sınaq laboratoriyasında sınaqdan keçirilməsini nəzərdə tutan 3d sxeminə uyğun olaraq qəbul edilib.
Faktiki olaraq, pestisidlərin və mikotoksinlərin tərkibinə dair tədqiqatlar bu göstərici üçün akkreditə olunmayan laboratoriyada aparılıb.
Ərizəçiyə qarşı inzibati xəta haqqında protokolun tərtib edilməsi barədə bildiriş göndərilib. Müəyyən edilən pozuntu haqqında tədbir görülməsi üçün məlumat Sibir Federal Dairəsi üzrə Federal Akkreditasiya İdarəsinə göndərilib.