Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fevraın 10-dan Azərbaycanın daha 16 müəssisəsinin Rusiyaya pomidor və alma tədarük etməsinə icazə verib.
Eləcə də bax: Ötən il Azərbaycanın pomidor ixracı - 23% AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, xidmətin məlumatına görə, bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycanın səlahiyyətli qurumu tərəfindən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib. Tədarük Agentliyin zəmanəti ilə mümkündür.Beləliklə, hazırda Azərbaycanda 226 müəssisə və 1 kooperativin Rusiyaya pomidor, 77 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.
“Rosselxoznadzor” 2020-ci il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə məhdudiyyətlər qoymuşdu.