Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yanvarın 1-dən Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib.
Eləcə də bax: Rusiya və Azərbaycan - Pomidor Tədarükündə Razılaşdı
Bu barədə FED.az “Rosselxoznadzor”a istinadən xəbər verir.
“Aparılmış danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumata müvafiq olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti altında “Rosselxoznadzor” 1 yanvar 2021-ci il tarixindən etibarən 2020-ci ildə Cənubi Amerika pomidor güvəsinin aşkarlanmadığı rayonlarda yerləşən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor gətirilməsinə icazə verməyi mümkün hesab edib”, - məlumatda deyilir.
Daha əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi. (Qafqazinfo)