Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyaya göndərilən hər bir pomidor partiyasının təhlükəsizliyini təsdiqləyən laboratoriya sınaq protokolları və ilkin elektron bildirişlə müşayiət edəcək.
Eləcə də bax: Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor idxalına - İcazə Verə Bilər
FED.az xəbər verir ki, "Rosselxoznadzor"un yaydığı məlumata görə, tərəflər qeyd olunan məsələyə dair video-konfrans formatında pomidor tədarükünə həsr olunan danışıqlar əsasında razılığa gəlib.
Razılığa əsasən Azərbaycandan pomidor tədarükü Rusiyanın Federal Gömrük Xidməti ilə əməkdaşlıqda “Rosselxoznadzor”un nəzarəti altında müəyyən nəzarət məntəqələri vasitəsilə həyata keçiriləcək. Məhsul partiyaları Rusiya qurumunun laboratoriyalarında karantin obyektləri üçün nəzərdə tutulan sınaqlardan keçiriləcək.
Bundan əlavə, yaxın vaxtlarda pomidor istehsalı ilə məşğul olan və Rusiyaya məhsul tədarük etməyə hazırlaşan Azərbaycanın iri müəssisələrinin real vaxt rejimində bir sıra video-yoxlamaları keçiriləcək. (Apa)