Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha bir neçə pomidor tədarükçüləri olan Azərbaycan müəssisəsi üçün məhdudiyyətlərin ləğv edilməsi imkanlarını nəzərdən keçirir.
Eləcə də bax: Daha 12 şirkətin Rusiyaya pomidor satmasına - İCAZƏ VERİLDİ - SİYAHI
FED.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşünün yekunları üzrə məlumatda deyilir.
Məlumatda bildirilir: "Rosselxoznadzor" Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumatlara və təminatlara əsaslanaraq Azərbaycanın 17 müəssisəsindən Rusiyaya pomidor tədarükünə icazə verib. Hazırda 2020-ci ildə karantin obyektlərinin aşkar edilmədiyi rayonlarda yerləşən bir sıra müəssisə üçün pomidor idxalı ilə bağlı məhdudiyyətlərin ləğvi imkanlarını nəzərdən keçirilir". (Trend)