Ukraynadan birləşdirilən ərazilərin hesabına bu il Rusiyada 5 milyon ton artıq taxıl yığılacaq.
Eləcə də bax: Kremldə yeni ərazilərlə müqavilələr imzalandı - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib. Onun sözlərinə görə, Rusiyanın yeni ərazilərində (yəni Ukraynanın işğal edilən ərazilərində) böyük əkin sahələri var və nazirlik bu ərazilərlə bağlı iş aparacaq.
Onun sözlərinə görə, həmin ərazilə hesabına Rusiyada taxıl məhsulunun həcmi illik 5 milyon ton artacaq. Nazir bildirib ki, həmin ərazilərdə digər bitkilər də əkiləcək.
Artıq indədən buradan toplanan məhsullar, o cümlədən tərəvəzlər Rusiyaya daşınaraq burada satılır.