Rusiyanın "Rostselmaş" şirkəti 2021-ci ildə Azərbaycana 80-dən çox qoşqu və asma texnikası tədarük edəcək. Bu məhsulun 60 faizi artıq yola salınıb.
Eləcə də bax: Bu il Gəncədə 1,3 min ədədə yaxın Belarus traktorunun yığılması - Planlaşdırılır
FED.az bu barədə "Rosspetsmaş" assosiasiyasının məlumatına istinadən bildirir.
Assosiasiyanın məlumatında qeyd olunur ki, Azərbaycanda şirkətin kombaynlarına və TUKAN çeşidləyici maşınlarına tələbat var:
"2020-ci ildə şirkət Azərbaycana taxıl emalı və yemhazırlama maşınları tədarük edib. Azərbaycanlı tərəfdaşlarımız bu texnika ilə yanaşı, "SH Rostselmaş" səpin komplekslərinə də maraq göstərib". (Trend)