Ötən gün Rusiyanın kənd təsərrüfatı sahəsinə nəzarət edən “Rosselxoznadzor” (Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidmət) orqanının qərarı ciddi çaşqınlıq yaratdı.
Eləcə də bax: Rusiya Azərbaycandan alma və pomidor idxalını - Qadağan Etdi
FED.az xəbər verir ki, dekabrın 10-dan Azərbaycandan gətirilən pomidor və almanın idxalı qadağan olunur. Buna səbəb həmin məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi aşkar olunması olub.
Rusiyanın “Ria Novosti” agentliyi qərarın rəsmi Bakı üçün gözlənilməz olduğunu yazır. Hazırda Azərbaycan tərəfi məsələnin texniki səhv olması ilə bağlı Moskva ilə danışıqlar apardığı, qadağanın ləğv olunacağına ümid bəslədiyin bildirir. (Modern)