Rusiyanın Baş naziri Mixail Mişustin enerji böhranı ilə əlaqədar olaraq ərzaq qiymətlərindəki yüksəlişi dayandırmaq məqsədilə gübrə ixracına 6 ay kvota tətbiq edəcəklərini açıqlayıb.
Eləcə də bax: Rusiyada orta illik inflyasiya - 5 İllik Maksimumu Yeniləyib
FED.az xəbər verir ki, qərar dekabr ayında qüvvəyə minəcək.
Mişustin təbii qaz qiymətlərindəki artımın qlobal bazarlara mənfi təsir etdiyini, azot gübrəsi qiymətlərində artım ola biləcəyini və ərzaq istehsalı xərclərinin də arta biləcəyini qeyd edərək "bunu önləmək məqsədilə ixracı müvəqqəti məhdudlaşdırmaq qərarına gəldik" ifadəsini istifadə edib.
Qarğıdalı kimi müxtəlif məhsullar üçün əhəmiyyətli qida maddəsi olan azot gübrəsinin qiymətləri, enerji qiymətlərinin istehsal xərclərini artırması ilə yüksəlməkdədir.
"Green Markets"in məlumatlarına görə, Şimal Amerikada gübrə qiymətləri indeksi keçən ay rekord qırıb, Qərb Avropada amonyak qiymətləri də on ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.
Çin Gömrük Komitəsi ötən günlərdə gübrə ixracını nəzarətə götürdüyünü açıqlamışdı.
Keçən ay Fransanın fermer assosiasiyaları gübrə qiymətlərinin üç dəfə artdığını qeyd edərək qıtlıq yaşana biləcəyinə dair xəbərdarlıq etmişdir. (Marja)