Bu ilin oktyabr ayında Rusiyada orta illik inflyasiya 8,1% təşkil edib ki, bu da 2016-cı ilin fevral ayından bəri ən yüksək həddir.
Eləcə də bax: Rusiyada oktyabrda xiyar 48,7%, pomidor 43,8% - BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Statistika İnstitutunun ("Rosstat") hesabatında bildirilir.
Sənədə əsasən, bu ilin yanvar-oktyabr aylarında Rusiyada ərzağın qiymətləri orta hesabla 10,9% artıb, bəzi əsas ərzaq məhsulları, məsələn xiyar 90%, kartof 76%, pomidor isə 65% bahalaşıb.
Qiymət artımına səbəb kimi tələb və təklif arasında balansın olmaması göstərilir. Bununla yanaşı, analitiklər hesba edirlər ki, Rusiya iqtisadiyyatı həm də artan enerji qiymətlərinin təsirinə məruz qalıb.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, bu ilin sonunda ölkədə orta illik inflyasiya 7,4% təşkil edəcək.