Rusiya 23 avqustdan etibarən ölkədən buğda üçün ixrac rüsumunu bir ton üçün 4269,9 rubla qədər artıracaq.
Azərbaycan buğda idxalını - 23% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, hazırda Rusiyadan buğda və meslin (buğda və çovdarın qarışığı) üçün ixrac rüsumu 3712,8 rubldur.
Həmçinin əlavə olunub ki, arpa üçün ixrac rüsumu hazırda bir ton üçün 439,6 rubl, 23 avqustdan etibarən 860,3 rubl təşkil edəcək, qarğıdalı üçün ixrac rüsumu 2175,1 rubldan 2495,2 rubla qaldırılacaq. (Apa)