Azərbaycan 2021-ci ildə 145,216 min ton pomidor ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 22,6% azdır.
FED.az xəbər verir ki, ixrac edilmiş pomidorun dəyəri $160 milyon 228,84 min (azalma 20,4%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Ötən il Rusiyaya $157 milyon 558,92 min dəyərində 140,110 min ton pomidor (bütün ixracın 96,5%-i – İF) ixrac olunub. 2020-ci illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 22,1%, dəyər ifadəsində 20,2% azalıb.
Azərbaycan 2020-ci ildə $201 milyon 353,53 min dəyərində 187,539 min ton pomidor ixrac edib. Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor ixrac edilib. (İnterfaks-Azərbaycan)