Yanvarın 26-da Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) sədr müavini Yuliya Şvabauskene və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli videokonfrans formatında danışıqlar keçiriblər.
Eləcə də bax: AQTA: Yerli pomidorlarda qonur qırışıqlıq virusu aşkar olunmayıb
FED.az xəbər verir ki, “Şvabauskene qeyd edib ki, Rosselxoznadzor Azərbaycandan gətirilən yeni partiya pomidorda (Tuta absoluta (Povolny)) pomidor güvəsi ilə yoluxmanın açkarlanmasından son dərəcə narahatdır. Zərərverici həyata keçirilən fitosanitar monitorinq əssaında və AQTA-nın zəmanəti ilə Rusiyaya tədarükünə icazə verilən 5 müəssisənin pomidor məhsulunda aşkar edilib”, - bu barədə Rosselxoznadzor bildirir.
Təhməzli məlumat verib ki, Rusiya orqanının fəaliyyəti Azərbaycanın ölkədə yetişdirilən və ixrac olunan meyvə-tərəvəz məhsullarının təhlükəsizliyinin təminatına yanaşmanı əsaslı sürətdə dəyişdi, fitosanitar xidməti gücləndirdi.
O vurğulayıb ki, aparılan araşdırma nəticəsində Rusiyaya ixrac hüququ əldə edən müəssisələrin pomidor məhsulunda pomidor güvəsinin olduğu təsdiq olunub. Agentlik tərəfindən yoluxmuş məhsul partiyalarına fitosanitar sertifikaltlar təqdim edən müfəttişlər barəsində tədbirlər görülüb.
Bundan başqa, Azərbaycan tərəfi qeyd edib ki, öncə RF ərazisinə pomidor ixrac etmək hüququ verilən 39 müəssisənin bəziləri tədarük həyata keçirmir. Səbəbi isə AQTA-nin mütəxəssisləri tərəfindən onların məhsulunda pomidor güvəsinin aşkar olunmasıdır”, - məlumatda vurğulanır. (İnterfaks)