Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələrdəndir. Gələcəkdə artan su tələbatını ödəmək üçün rəqəmsal kənd təsərrüfatına keçid çox vacib əhəmiyyət daşıyır.
Eləcə də bax: "Dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib"
FED.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
"Biz elektron su informasiya sisteminə mərkələşdirilmiş və rəqəmsallaşdırılmış bir bölüm kimi baxmağa davam edirik. İqlim dəyişikliyi, o cümlədən su itkisinə yol verilməsi, torpağın deqradasiyası və erroziyasına yol verir. Ona görə də suyun səmərəli istifadə edilməsi texnologiyası və kənd təsərrüfat torpaqlarının düzgün istifadə edilməsi mühüm əhəmiyyət daşıyır" - nazir qeyd edib. (Report)