“Bu illər ərzində dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib. COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır”.
Eləcə də bax: Ərzaq qıtlığı ilə məlumatların heç bir əsası yoxdur - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoyub.
“FAO-nun “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır. Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”, - nazir qeyd edib. (Apa)