Hazırda Azərbaycanda 20-dən artıq kiçik və iri istehsalçı şərab istehsalı ilə məşğul olur.
«Mədrəsə», şərabdan ilham alan şair və 4 milyon şüşə şərab - Şəkidə «üzüm bumu» başlayıb - FOTOLAR
FED.az xəbər verir ki, nu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev jurnalistlərə məlumat verib.
«Onlardan 15-ə yaxın istehsalçı öz məhsullarını ixrac edir, lakin 4-5 şirkət böyük ixracatçılardır», - Abdullayev bildirib.
Onun sözlərinə görə, bu günə Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektara çatır ki, bu da öz növbəsində ötən əsrin 80-ci illərinə nisbətən 15 dəfə azdır. Üzüm bağlarının əksəriyyəti SSRİ-də alkoqolizmə qarşı mübarizə dövründə məhv edilib.
Abdullayev vurğulayıb ki, ötən il Azərbaycanda 210 min ton üzüm yığılıb.
«Ümumilikdə, 17 min hektar üzüm plantasiyalarından texniki sortlara 5 min hektar sahə ayrılıb ki, bu da təxminən 50 min ton məhsul yığmağa imkan verir», - o bildirib. (İnterfaks-Azərbaycan)