Azərbaycanın şərab zavodları xarici bazarlara, o cümlədən Sinqapura şərab ixrac etməyə hazırlaşır.
Rusiya şirkəti “Şəki Şərab” zavoduna 7 milyon avrodan çox - İNVESTİSİYA QOYUB
FED.az xəbər verir ki, bu barədə Ümumdünya Şərab Turizmi Təşkilatının prezidenti Xose Antonio Vidal və mətbuat nümayəndələrinin Şəkiyə «Az Abrau» şirkətinə səfəri zamanı məlumat verilib.
AZPROMO: "Bu il şərab ixracından 8 milyon dollar gəlir əldə edəcəyik"
FED.az xəbər verir ki dekabrın 3-də təşkil edilən səfərdə məqsəd mətbuatı və qonaqları Azərbaycanın şərabçılıq potensialı, bu sahədə görülən işlərlə daha yaxşı tanış etmək idi.
Rusiya şirkəti Şəkidəki zavoda 7 milyon yatırıb
Qeyd edək ki, «Şəki şərab» zavodu 2008-ci ildə açılıb və müasir avadanlıqlarla təmin edilib. 2021-ci ildə zavodun özəlləşdirilməsi ilə bağlı elan edilmiş müsabiqədə Rusiyanın «Abrau» şirkətlər qrupu qalib gəlib, müəssisəni alıb və dərhal onu dirçəltməyə başlayıb. Hazırda bu şirkət Azərbaycandan xaricə üzüm şərabı ixrac edən əsas şirkətlərdəndir.
Şəki şərab zavodunun istehsal gücü ildə 2,6 milyon şüşə şərab buraxmağa imkan verir.
Yeni investor buraya təqribən 7 milyon avro investisiya yatırılıb, zavodda istehsalı modernləşdirib, məhsul sırasını isə genişləndirib.
3-5 ulduzlu konyak və araq da buraxılacaq
Şirkətin sahibi Ernest Miniqazov bildirir ki, burada köpüklü şərablar və daha möhkəm alkoqollu içkilərin istehsalı başlyıb.
Hazırda burada «Mədrəsə» və «Bayan şirə» üzüm sortlarından unikal dada malik şərablar hazırlanır.
Bundan başqa, şirkət «Şəki şərab»da 3 və 5 ulduzlu orijinal konyaklar və üzüm arağı istehsal etməyə hazırlaşır.
Bunun üçün müəssisəyə ildə 3200 ton üzüm tələb olunur, məsələn bu il Şəki Şərab zavodu 1400 ton üzüm qəbul edib və müəssisə rəhbərliyin bildirib ki, bu göstərici hər il artır.
«Şəki şərab»a yeni investorun gəlməsi, yəni zavodun rus şirkəti tərəfindən alınması müəssisəni hər tərəfli canlandırıb. Məsələn, qüsa müddət ərzində burada çalışanların sayı 30-dan 100 nəfərə yüksəlib.
Xaricə 3 milyon şüşə şərab satmaq istəyir
Təkcə 2023-cü ildə Şəki Şərab Zavodu 2 milyon şüşə şərab satıb. Gələn il isə bu rəqəm 4 milyon şüşəyə çatacaq. Hazırda Zavodun məhsulları əsasən Rusiya və MDB ölkələrinə satılır, amma müəssisənin rəhbərliyi ixrac coğrafiyasını daha da genişləndirmək niyyətindədir.
Hazırda zavodun menecmenti əsas məsələyə – şərabın xarici ölkələrə satışına fokuslanıb və bu sahədə böyük planlar qurur. Vidadi Həsənovun sözlərinə görə, «Şəki-Şərab» bir sıra Asiya ölkələrinə - Sinqapur, Çin və Cənubi Koreya ilə şərab ixracına dair müqavilələr imzalanmağı planlaşdırır.
Eyni zamanda «AzAbrau» şərabına Avropada, o cümlədən Fransa, İtaliya və İspaniyada maraq böyükdür.
Şəkidə əsl «üzüm bumu» başlayıb – əhali üzüm əkir
Belə böyük imkanları olan zavodun fəaliyyəti bölgənin iqtisadi vəziyyətinə və yerli əhalinin biznesinə də təsirini göstərir.
Şəki Şərab Zavodunun direktoru Vidadi Həsənov bildirir ki, müəssisənin öz üzüm bağları olsa da, üzümün bir hissəsi əhalidən alınır, hazırda bu müəssisə əhalidən üzüm alan yeganə şirkətdir:
«Şəki regionunda ümumiyyətlə çoxsaylı üzüm bağları var. Biz əsasən Cəyirli kəndi və üzümçülük sovxozundan üzüm alırıq. Zavod işə başlaynadan burada əhalidən üzümü demək olar ki, biz alırıq».
Zavodun əhalidən üzüm alması yerli sakinləri üzüm əkininə həvəsləndirib, şəkililər zavoda satmaq üçün daha yaxşı üzüm əkməyə çalışırlar.
«Əvvəllər üzüm bağına qulluq etmək istəmirdilər, çünki sata bilmirdilər»
«Elə vəziyyət var idi ki, üzüm bağlarına qulluq etmək istəmirdilər, çünki üzümü heç yerə sata bilmirdilər. İndi isə sevindirici haldır ki, onlar da bizimlə əlaqə saxlayaraq daha keyfiyyətli üzüm yetişdirirlər, bu da özünü göstərir, hazırda biz yerli sakinlərdən «Mədrəsə və «Bayan şirə» üzüm sortlarını mütəmadi olaraq qəbul edirik».
Eyni zamanda şirket öz üzüm bağlarını da yaradıb – artıq böyük ərazilər, torpaq sahələri alınıb və gələn il Şəkidə 300 hektar üzüm bağı salınması planlaşdırılır.
Yeni bağlar salınanda burada əkilən üzümün şərabçılıq üçün yararlı olmasına xüsusi diqqət yetiriləcək. Çünki hazırda şəkidə əkilən bəzi üzüm növləri şərabçılığa yaramır: «Şəkidə bəzi üzüm növləri yetişir ki, onlar şərab üçün yaramır. Biz Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq edirik. Torpaqdan analiz götürülür, hansı üzüm sortları bizim torpağa uyğundursa, o üzüm sortlarını yetişdiririk», - deyə Vidadi Həsənov bildirib.
Direktor onu da vurğulayıb ki, hazırda İtaliya və İspaniyadan da üzüm tingləri alınaraq Azərbaycanda əkilməsi gözlənilir.
Qarabağda da üzüm bağı salacaq
«Şəki şərab» zavodunun təsir dairəsi Şəkidən kənarda da hiss olunacaq. Belə ki, zavoda tələb olunan üzümün bir hissəsinin iştaldan azad edilən ərazilərdə – Qarabağda əkilməsi və buradakı zavodlarda da istehsala başlanması nəzərdə tutulur: « Qarabağda xüsusi üzümçülük bağlarının salınmasını hədəfləyirik. Füzulidə 400 hektar torpaq sahəmiz var. Onun 100 hektarı hazır üzüm bağıdır. Ağdamda da çox böyük üzüm bağları salınacaq. Hazırda Ağdam şərab zavodunun bərpası ilə bağlı da danışıqlar gedir».
Turistə nə lazımdır - şərab və emosiya
«Şəki şərəb»ın daha bir fəaliyyət istiqaməti şərab turizminin inkişafıdır. Dünyada bununla böyük bir assosiasiya məşğul olur. İlk addım şərab muzeyinin yaradılması olub.
“Az Abrau” kolleksiyasına 500-dən artıq eksponat daxildir və hərəsi onun inkişafına böyük bir töhfəsini verən insanların və Azərbaycanın çaxırçılıq taleyini əks etdirir.
Ümumdünya Şərab Turizmi Təşkilatının prezidenti Xose Antonio Vidal və Antonio Xose Vidal muzeyə heyranlığını gizlədə bilmirdi: «bu yer adama həm bilik həm də emosiya verir. Turistə lazım olan da budur».
Şərabdan ilhamlanan Azərbaycan şairləri
Təkcə bu il “Az Abrau Muzeyi” şərab muzeyinə təxminən 1000 nəfərə yaxın turist gəlib. Muzeydə Azərbaycanın XIX və XX əsrin əvvəlindən unikal çaxır etiket kolleksiyası ilə yanaşı, çaxırın gözəlliyi və dadı ilə ilhamlanan böyük azərbaycan şairlərinin yaradıcılığı da göstərilir. Artıq muzey Dünya turizm xəritəsinə qoşulub və bu məqsədlə müxtəlif turizm şirkətləri ilə müqavilələr imzalanıb.