Aqrar

Qubada Alma bayramı - FOTO

Qubada Alma bayramı - FOTO | FED.az
11:46 12 Okt 2019

Qubada VI “Alma Bayramı”na start verilib.

FED.az xəbər verir ki, bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Eləcə də bax: Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb

Tədbir parkın qarşısında rəsmi açılış mərasimi və möhtəşəm paradla başlanıb. Parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək. Eləcə də, müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcək.

Tədbirdə Respublikanın populyar incəsənət ustalarının, eləcə də, Quba və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert veriləcək.

Ötən ildən fərqli olaraq, bu il konsert proqramı gün ərzində davam edəcək, bayram şənliyi axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Oxu

 

Qubada Alma bayramı - FOTO | FED.azQubada Alma bayramı - FOTO | FED.azQubada Alma bayramı - FOTO | FED.azQubada Alma bayramı - FOTO | FED.az

Digər xəbərlər