Hava şəraitinin qeyri - sabit keçməsi arıçılığa mənfi təsir edib.
Yağıntılı hava arı təsərrüfatları üçün - ÇƏTİNLİK YARADIB
FED.az xəbər verir ki, şəkili fermerlər bildirir ki, dolu və leysan nəticəsində arıların bir hissəsi tələf olub.
Yeni işçi arı isə ailədə müəyyən vaxta yetişir ki, bu da əlavə vaxt itkisi deməkdir.
Arıçılar deyir ki, məhsuldarlıq bu il 60 faizdən də aşağı olub. Bundan sonra havalar isti keçsə belə, məhsulu artırmaq çətin olacaq.
Şəkili arıçılar onu da bildirib ki, məhsuldarlığın yaxşı olmaması qiymətlərə təsir edib.
Balın qiymətindəki artımın gələn aylardan daha çox müşahidə olunacağı bildirilir. (Xezerxeber.az)