Bu il Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağıntılı keçməsi Azərbaycanda arı balı istehsalının aşağı düşməsinə səbəb olub.
Azərbaycan Körfəz ölkələrinə bal ixracı üçün - DANIŞIQLAR APARIR
FED.az xəbər verir ki, bu barədə arıçılar məlumat verirlər.
Qeyd edilir ki, tez-tez yağıntılar olduğundan arılar çiçəklərdən az şirə toplayırlar:
"Arılar balı müxtəlif çiçəklərin nektarından-şirəsindən hazırlayırlar. Bu il yağıntılı günlər çox olduğundan arılar işləməyə çıxa bilmirlər. Arılar yağıntısız günlərdə topladıqları şirələrdən hazırlanan bal yağıntılı günlərdə yeyirlər. Yəni, bal artımı baş vermir. Hətta bəzi bölgələrdə arıların qidalanmasında çətinlik yaranıb. Bir sıra təsərrüfatlarda arılar yem ilə bəslənirlər". (Marja)