Aqrar

Qəbələ və Oğuzda dolu yağıb – MƏHSULLARA ZİYAN DƏYİB

Qəbələ və Oğuzda dolu yağıb – MƏHSULLARA ZİYAN DƏYİB | FED.az
08:57 15 Aprel 2019

Aprelin 13-də Qəbələ və Oğuza qısamüddətli amma güclü dolu yağıb. Dolu vurması nəticəsində meyvə ağaclarına ciddi ziyan dəyib

Qəbələdə dolu rayonun mərkəzinə, eləcə də Bum qəsəsbəsi, Həmizəlli kəndinin bir hissəsinə, Zarağan, Pirəlli, Vəndam, Aydınqışlaq kəndlərinə yağıb.

25 dəqiqə davam edən dolu meyvə ağaclarına, bəzi yerlərdə ilə şəxsi təsərrüfata və əkinə ciddi ziyan vurub. Yerli fermerlər bildiriblər ki, yağan dolu səbəbindən bu il meyvənin bol olması ciddi sual altındadır.

Eləcə də bax: Azərbaycanda quşçuluq fermasında yanğın - MİNLƏRLƏ CÜCƏ TƏLƏF OLUB

Əksər ərazilərdə dolu nəticəsində çiçəklənən ağacların çiçəkləri məhv olub və bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

Güclü dolu Oğuz rayonunda da müşahidə olunub. Aprelin 13-də günorta saatlarında başlayan yağıntı, təxminən, 10-15 dəqiqə davam edib. Nəticədə əkin sahələrinə, fərdi təsərrüfatla və meyvə ağaclarına ziyan dəyib. Dolu rayonun Kərimli, Muxas, Bayan və Padar kəndlərində dolu daha çox təsir edib.

Qeyd edək ki, bir gün əvvəl Qax rayonuna da dolu düşmüşdü.

Digər xəbərlər

Banner