Ölkəmizdə kənd təsərrüfatı məhsullarının, xüsusilə də faraş tərəvəzin yetişdirilməsində istixanalardan geniş istifadə olunur. Bu istixanalarda əsasən müasir texnologiyalar quraşdırılır. Qazaxda da bu sahəyə böyük maraq var.
Sahibkar Nüsrət Aşurov bildirib ki, dövlətin sahibkarlığın inkişafı üçün yaratdığı əlverişli şəraitdən yararlanaraq Qazax rayonunda bir hektar sahədə istixana quraşdırır: “İstixananın quraşdırılmasına may ayının sonlarından başlamışıq. Dekabrın əvvəllərində isə bu işi başa çatdıracağıq. Əsasən yeni texnologiyalar tətbiq edirik. Artıq şitil əkmək üçün sifariş də vermişik. İstixana istifadəyə veriləndən sonra burada 25-30 nəfər daimi işlə təmin olunacaq”.
Buna da baxın: Bu il sarımsaq əkənlər daha çoxdur - "qiymət risk altına düşəcək"
Buna da baxın: 60 sot ərazidən 1 ton yerfıstığı gözləyir