2024-cü ildə Azərbaycandjan xaricə qarpız ixracı kəskin azalıb.
Azərbaycandan xaricə pomidor satanlar 7 ayda 139 milyon dollar pul qazanıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında Azərbaycandan xaricə 5 703 ton qarpız ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə xaricə qarpız ixracı 1800 ton və ya 24% aşağı düşüb.
Qarpızın xaricə satışından gələn gəlirlər də azalıb. Belə ki, ötən ilin ilk 6 ayında xaricə qarpız satanlar 3 milyon 800 dollar gəlir əldə etmişdilərsə, bu il həmin rəqəm 2 milyon 703 min dollar olub.
Eyni zamanda xaricə satılan qarpızın qiyməti də azalıb, ötən il qarpızın 1 kiloqramı 50 sentdən ixrac edilirdisə, bu il xaricə satılan qarpızın 1 kiloqramının qiyməti 47 sent olub.
2024-cü ildə Azərbaycanın əksər ölkələrə qarpız ixracı azalıb, bir sıra ölkələrə qarpız ixracı ümumiyyətlə dayanıb.
Belə ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycan Rusiyaya 5062 ton, Ukraynaya 1659 ton qarpız ixrac etmişdisə, 2024-cü ilin ilk 6 ayında Rusiyaya ixrac 3404 tona (33% azalma), Ukraynaya isə 1145 tona enib (31% azalma).
Bundan öaşqa, 2023-cü ildən fərqli olaraq bu il Azərbaycan Estoniyaya və Moldovaya qarpız ixrac etməyib.
Əvəzində bu il Gürcüstana qarpız ixracı təqribən 6 dəfə artaraq 146 tondan 843 tona yüksəlib. Belarusa ixrac isə 20 ton artaraq 308 ton olub.