2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 min 935ton pomidor ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15 milyon 357 min dollar və ya 12,4%, miqdar ifadəsilə 5 min 065 ton və ya 4,5% artıb.
2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 124 milyon 167 min dollar dəyərində 111 min 871 ton pomidor ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2,03 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,89 manat idi. Bu da illik müqayisə ilə 0,14 manat və ya 7,5% artım deməkdir.
Bu il ümumi ixracının 0,87%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 7,44%-i pomidorun payına düşüb.