İşğaldan azad edilmiş ərazilərdə mövcud resurslar tam dövriyyəyə cəlb edilməklə kənd təsərrüfatı məhsulları istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsal həcminin 8%-dən çox artacağı gözlənilir.
Eləcə də bax: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 0,5 milyon tonadək taxıl yığmağı - PLANLAŞDIRIR
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu qiymətləndirmə nazirliyin hesablamalarına əsaslanır.
Bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalının təqribən 400 min ton, ət istehsalının 45 min ton və süd istehsalının 240 min ton artırılması imkanları mövcuddur.
“Təbii-iqlim və relyef xüsusiyyətlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı, meyvəçilik və tərəvəzçiliyin inkişafı baxımından da geniş imkanlar var”, - deyə nazirlikdə hesab edirlər. (İnterfaks-Azərbaycan)