Qarabağ və Şərqi Zəngzur iqtisadi rayonlarında uzunmüddətli perspektivdə illik taxıl yığımı təxminən 486,5 min ton təşkil edəcək.
Eləcə də bax: Səfir: "Rusiya Azərbaycanın taxıl idxalında əhəmiyyətli yer tutur"
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilir.
Mərkəzin qiymətləndirmələrinə əsasən, Qarabağ və Şərqi Zəngəzurda uzunmüddətli perspektivdə 12,6%-dək taxıl istehsal olunacaq.
Eyni zamanda, taxıl istehsalının əsas həcmi Qarabağ (155.7 min ton), Ağdam rayonu (101,9 min ton) və Füzuli rayonunun (158,9 min ton) payına düşəcək.
Mərkəz qeyd edir ki, 20-ci əsrin 80-ci illərində (SSRİ dövründə - İF) bu ərazilərdə illik taxıl istehsalı 196,5 min ton təşkil edib. Beləliklə, taxıl yığımını 2,5 dəfə artlrmaq planlaşdırılır.
Bundan əlavə, regionda tərəvəz istehsalının 23 dəfə artırılması planlaşdırılır. Əgər 20-ci əsrin 80-ci illərində illik 9,6 min ton tırəvəz istehsal olunurdusa, perspektivdə bu həcm 220,3 min tona çatacaq. Həmçinin, istehsalın ən böyük payı Ağdam rayonunun üzərinə düşəcək, burada illik 183,2 min ton tərəvəz yetişdirilməsi planlaşdırılır. Bu, Azərbaycanda tərəvəz istehsalının ümumi payının 12,1%-ni təşkil edəcək.
Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda yem bitkilərinin istehsalını inkişaf etdirməyi planlaşdırır. 20-ci əsrin 80-ci illərində bu bitkilər qeyd olunan ərazilərdə yetişdirilməyib. Uzunmüddətli perspektivdə burada illik 448,8 min ton bu cür bitki yetişdirmək planlaşdırılır ki, bu da ölkə üzrə ümumi həcmin 8,8%-ni təşkil edəcək. İstehsalın həyata keçiriləcəyi əsas rayonlar Ağdam (172,1 min ton) və Fizulidir (105,6 min ton). (İnterfaks-Azərbaycan)