Növbəti ilin pambıq əkinləri üçün Pakistandan gətirilən “Super Cotton” pambıq sortundan istifadə olunacaq.
Azərbaycandan xaricə satılan pambıq 2 qat azalıb - QİYMƏTİ KƏSKİN UCUZLAŞIB
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, bu sort bütün bioloji, məhsuldarlıq və texniki göstəricilərinə görə digər sortlardan üstünlüyü ilə fərqlənir.
“Super Cotton” sortun toxumları becərilmə üçün bir sıra fermerlərə və pambıqçılıq ilə məşğul olan müəssisələrə paylanılıb. Təcrübə əkinlərində orta məhsuldarlığın 85-90 s/ha olması gözlənilir.
Bu sorta olan böyük marağı nəzərə alaraq, fermerlər tərəfindən gələn ilin əkinləri üçün toxum sifarişləri verilib.