Pambıq qiymətləri 10 ilin ən yüksək səviyyələrində qalmaqda davam edir. Pambıq bazarında xüsusilə Çinin ABŞ pambığı alışını sürətləndirməsi diqqəti çəkir.
Eləcə də bax: Artan pambıq qiymətləri geyimlərin bahalaşmasına - SƏBƏB OLACAQ
Pambıq fyuçersləri pis hava şərtlərinin əsas stehsalçılarda məhsula mənfi təsir etməsi və Çinin idxalını artırmasının təsiri ilə yüksəlməkdə davam edir. Qiymətlər 10 illik ən yüksək səviyyəni yeniləyib.
FED.az xəbər verir ki, ən aktiv ticarət olunan fyuçers müqaviləsinin qiyməti Cümə günü Nyu Yorkda 3% artaraq poundu 1,1495 dollara qədər qalxıb (1lbs və ya 1 pound 0,453597 kiloqramdır. 1 kq = 2.20462 lbs (pound)
Qiymətlər son 12 ayda təxminən 70% yüksəlib və bu vəziyyət qlobal geyim istehsalçılarının xərclərini artırır.
Güclü və fasiləsiz yağış ABŞ-ın cənub əyalətlərindən bitkilərin keyfiyyətini pozub, şiddətli yağış Çinin əsas istehsal bölgəsi Sincanda da məhsula mənfi təsir göstərib.
ÇİN, ABŞ PAMBIĞI ALIŞINI ARTIRIB
Rəsmi məlumatlara görə, Çinin ABŞ-dan həftəlik pambıq alışları, 23 Sentyabrda sona çatan dövrdə son bir ilin ən yüksək səviyyəsinə çatıb.
Çin, pandemiyanın səbəb olduğu geriləmədən sonra qlobal tələbdəki artım ilə əlaqədar olaraq ABŞ-dan daha çox məhsul satın almağa yönəlib.
ABŞ-da birjalar tərəfindən izlənilən anbarlarda pambıq ehtiyatları Bazar ertəsi günü təxminən bir ilin ən aşağı səviyyəsinə düşüb və ardıcıl 15 həftədir azalır. (Marja)