Bu ilin yanvar-iyun ayıları ərzində ölkədən 60,6 milyon ABŞ dolları dəyərində 12,2 min tondan çox meşə fındığı ixrac edilib.
Azərbaycan yarımildə 334 ton çay - İXRAC EDİB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 5,7 faiz (3,29 milyon dollar), həcm olaraq isə 18,9 faiz (1,94 min ton) çoxdur.
Cari ilin may ayına nisbətdə isə iyunda fındığın ixrac dəyəri 3,3 faiz (193,66 min dollar) artaraq 5,98 milyon dollar, həcmi isə 1,2 faiz (14,18 ton) artaraq 1,1 min tonu üstələyib.
Qeyd edək ki, 2023-ci ilin ilk 6 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,42 faizə bərabər olub. (vergiler.az)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.